İtaliya A Seriyasının 10-cu turunda “Roma” səfərdə “Udineze”yə 5:2 hesabı ilə qalib gəlib.
"Unikal" xəbər verir ki, oktyabrın 31-də Udine şəhərindəki “Bluenerci” stadionunda keçirilən görüşdə qonaqlar inamlı qələbə qazanıblar.
“Roma”nın heyətində Brayan Kristante (10), Rodriqu Mora (31), Doniel Malen (33), Evan Ndika (37) və Daniele Gilardi (90+2) fərqləniblər. Ev sahiblərinin qollarını isə Nikolo Zaniolo (50) və Matteo Palma (78) vurublar.
Bu qələbə ilə “Roma”nın A Seriyasında məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb.
Paytaxt təmsilçisi 24 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Udineze” isə 5 xalla 19-cu yerdədir.






.jpg)




.jpeg)










































