Türkiyədə unikal damazlıq irsi və yüksək genetik dəyəri olan göyərçin 4 milyon lirəyə satlıb.
"Unikal" xəbər verir ki, bu satış Türkiyə bazarında son zamanlar ən bahalı satışlardan biri oldu.
Göyərçinin iki avtomobil qiymətinə satılmasının səbəbi onun xüsusi damazlıq irqi, yarış performansı və genetik xüsusiyyətləri olub. Bu keyfiyyətlər xüsusilə yarışlara yönəlmiş yetişdirmə dairələrində qiymətin artmasına təsir göstərib.
