"Bildiyiniz kimi, ötən ilin dekabr ayında “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 - 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilib. Məlumdur ki, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

"Bununla yanaşı cinsi mənsubiyyətə görə ayrı seçkilyin aradan qaldırılması məqsədilə gender bərabərliyinin təmin olunması ilə bağlı öz həllini gözləyən məsələlər var. Xüsusilə gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsi ehtiyacı yaranıb. Eyni zamanda uşaq hüquqlarının müdafiəs ilə bağlı müzakirələrin aparılmasının nəzərdə tuturuq", - deyə komitə sədri deyib.

Anar Kəlbiyev