Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı, Goranboy şəhərində və Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, yol kənarlarında ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyəti  və Mənzil Komunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları iştirak etdilər. Aksiya çərçivəsində ümumilikdə 1550 ədəd olmaqla, eldar şamı, alyandr və digər həmişəyaşıl kollar əkilib.