"Neftçi"nin sabiq futbolçusu Solomon Kvirkveliya karyerasını Qırğızıstanda davam etdirəcək.
"Unikal" gürcüstanlı müdafiəçi "Toktoqul"la anlaşıb.
33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Solomon Kvirkveliya 2022/2023 mövsümündə "Neftçi"də çıxış edib. Gürcüstan millisinin üzvünün son klubu ölkəsində Kutaisi "Torpedo"su olub.
