Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.

"Unikal" 
xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib.

Qeyd edək ki, mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub və ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində vəfat edib.

*** 12:24

İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bu gün saat 21:05-də Vətənə gətiriləcək. Cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq.

Bu barədə "Unikal"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Milli Qəhrəmanın vida, dəfn və yas mərasimlərinin təşkili üçün Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları əlaqəli şəkildə bütün lazımi işləri görürlər.

Mərhumla vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

Yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində saat 11:00-da Təzəpir məscidində olacaq.

Xatırladaq ki, Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. O, 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.

****09:37

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-da keçiriləcək.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, o, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, Ş.Tağıyevin cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə Qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.