İranda baş verən etirazlar zamanı Təbrizin "Tractor" klubunun keçmiş yarımmüdafiəçisi Müctəba Tarcizin öldürüldüyünü yazmışdıq. 

"Unikal" xəbər verir ki, onun həyat yoldaşı ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyi bildirilirdi. 

İran mətbuatının məlumatına görə, Müctəba Tarciz həyat yoldaşı Arizə Mədanini qorumaq üçün özünü qurban verib. Belə ki, o, arvadını nişan alan silahın önünə keçib və birbaşa güllə yarası alıb. 

"Tarciz həyat yoldaşı və qayını ilə birlikdə Tehranın qərbindəki Əndişe qəsəbəsində keçirilən etirazlarda iştirak edib, lakin repressiya qüvvələri tərəfindən mühasirəyə alınıb və çıxılmaz bir küçədə hədəfə alınıb. Silahlılar əvvəlcə Mədaniyə atəş açıblar, lakin Tarciz arvadını qorumağı bacarıb. 

Nəticədə keçmiş futbolçunun ağciyəri deşilib və o, bir neçə dəqiqə sonra arvadının qucağında ölüb.

Mədani və qardaşı atışmadan sağ çıxıblar.

Ağarza Elçinoğlu