"İş yerlərinin açılması ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar. Deyirlər Qarabağda və Şərqi Zəngəzurda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməyəcək? İndi Azərbaycanda bütün infrastruktur yaradılıb. Fransada yaşayan gəlib İsveçrədə, Almaniyada yaşayan başqa bir ölkədə işləyir. Niyə bunlar bunu edə bilirlər, bizimkilər edə bilmirlər. Niyə hər dəfə bir şey tapmaq istəyirlər ki, bunu nöqsan kimi göstərsinlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

"Siz dünyada ikinci belə ölkə tanıyırsız ki, qısa müddətdə, 5 ildən sonra bütün insanları öz doğma torpaqlarına köçürsünlər. Azad edilmiş ərazilərdə baxın necə inkişaf gedir. Bunu görməyən kordumu? Biz əhali ilə bu istiqamətdə danışmalıyıq. Bəli, problemlər var, onların həlli də var. Qısa müddətdə bu məsələlər həll olunacaq. Maaşlar, pensiyalar artırılacaq", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev