İranda ümumxalq etirazları zamanı həlak olanların ailələri təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə şantajla üzləşiblər.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları və xəstəxana işçiləri meyitləri ailələrinə pul qarşılığında qaytaracaqlarını açıqlayıblar.
"Sözügedən şəxslər ailələrdən meyitlərə görə minlərlə dollar tələb edirlər ki, bu da əksər vətəndaşlar üçün əlçatmazdır", - BBC yazıb.
Məlumata görə, son iki həftə ərzində davam edən etirazlarda ölənlərin sayı ən azı 2 435 nəfərə çatıb. Ölənlərin cəsədləri morqlarda ciddi mühafizə altında saxlanılır. Rəşt şəhərində bir ailə yaxınlarının cəsədinin təhvil verilməsi üçün 5000 dollar tələb etdiyini bildirib. Tehranda daha bir ailədən artıq 7000 dollar tələb olunub, halbuki bu sektorda orta əmək haqqı ayda 100 dollardan azdır.
Gülayə Mecid
