Gürcüstanın tranzit müqabilində Azərbaycandan pulsuz aldığı qazın həcmi 2020-ci ildən bəri 1,8 dəfə artıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mediası mənbələrə istinadən məlumat yayıb. Həmin dövrdə ölkə Azərbaycandan əlavə təchizat olaraq 873 milyon kubmetr qaz alıb və 2026-cı il üçün proqnozlaşdırılan həcm artıq 1,6 milyon kubmetrdir.

2066-cı ilə qədər imzalanan müqaviləyə əsasən, Gürcüstan ölkəyə tranzit edilən qazın 5%-ə qədərini ala bilər, yəni Cənub Qaz Dəhlizinin istifadəsi artdıqca bu rəqəm də artacaq.