ABŞ prezidenti Donald Tramp Tehrana hücum etməyəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib.

Səfirin sözlərinə görə, Tramp İrandan da təmkinli olmağı xahiş edib. 

Etirazlar barədə danışan səfir, xalqın etiraz etmək üçün qanuni hüququna malik olduğunu və hökumətin nümayişçilərlə danışıqlar apardığını bildirib. 

Lakin o, ABŞ və Qərb mediasının xəbərlərinin zorakılığa təhrik etdiyini və vəziyyəti daha da gərginləşdirdiyini deyib. 

O, silahlı qrupların qətllər törətdiyini, məscidlərə hücum etdiyini və yanğınlar törətdiyini iddia edib. 

Qeyd edək ki, bundan bir gün əvvəl "Reuters" agentliyi ABŞ-nin 24 saat ərzində İrana hücum edə biləcəyini bildirmişdi. Tramp özü də İran xalqına müraciətində onlar üçün yardımın yolda olduğunu açıqlamışdı. 

Ağarza Elçinoğlu