Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Ali Radadakı "Batkivşina" fraksiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı ittiham irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə "Ukrainian Pravda" (UP) qəzeti mənbələrə istinadən məlumat yayıb. 

"Digər detallar hələlik məlum deyil. UP Timoşenkonun mətbuat katibi və deputatlardan biri ilə əlaqə saxlamağa çalışsa da, onlar cavab vermir. Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu da şərh verməkdən imtina edib", - deyə hesabatda qeyd olunur.

Fraksiya liderinin özü bütün iddiaları rədd edir.

NABU mətbuat xidməti bir müddət əvvəl Ali Radanın parlament fraksiyalarından birinin liderinin parlament üzvlərinə rüşvət verməkdə və onların müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səslərini almaqda şübhəli bilindiyini bildirmişdi. Bundan sonra keçmiş baş nazir Timoşenkonun rəhbərlik etdiyi "Batkivşina" partiyasının ofisində axtarışlar başlayıb. 

Gülayə Mecid