Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
H.Abbasov 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.
