Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2025/2026-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına start verilib.
"Unikal" xəbər verir ki, imtahan keçirilən zallarda bütün zəruri təşkilati, texniki tədbirlər görülüb, o cümlədən tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması məqsədilə müvafiq şərait yaradılıb.
Tələbələrin fənlər üzrə imtahanqabağı balları BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanır. Dərsə davamiyyət, semestrdaxili fəaliyyətlər, sərbəst iş, laboratoriya və kurs işlərinin nəticələri imtahanlara qədər sistemdə əks olunub.
Sessiyanın gedişinə operativ nəzarətin həyata keçirilməsi, müraciətlərin dərhal araşdırılması üçün Qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərir.
Sessiya dövründə də tələbələrin BMU-nun Kitabxana və informasiya mərkəzindən istifadəsi təmin olunacaq.
Üzürlü səbəbdən sessiya müddətində imtahanlarda iştirak etməyən tələbələrə növbəti semestr başlayana qədər imtahan vermək imkanı yaradılacaq.
Əyani təhsil alan tələbələr üçün imtahanlar fevral ayının 1-dək davam edəcək.
Qiyabi təhsilalma forması üzrə imtahanlar isə fevralın 2-dən başlamaqla, iki həftə müddətində keçiriləcək.
