Venesuelaya hücum ölən və yaralananlarla nəticələnib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı hələ açıqlanmayıb.

Kolumbiya prezidenti Qustavo Petro da mülki əhali arasında itkilər olduğunu bildirib.

***13:10

Karakasda partlayışlar dayanıb, lakin ABŞ hərbi təyyarələri hələ də havadadır.

"Unikal" xəbər verir ki, bu  barədə “The New York Times” mənbələrə istinadən yazır.

***

ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.

"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" da yazıb. 

Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.

***11:07

Venesuela sakinləri səmada Amerikaya məxsus hücum helikopterlərini görüblər. Bu səbəbdən Venesuela Hərbi Hava Qüvvələri Amerika təyyarələrini və helikopterlərini ələ keçirmək üçün Su-30MKV qırıcı təyyarələrini havaya qaldırıb. 

"Unikal" xəbər verir ki, bu  barədə "RİA Novosti" nəşri məlumat yayıb. 

Qeyd olunur ki, havada Amerikanın ağır yüklü Chinook helikopterləri də görünüb.

Xatırladaq ki,  ötən ilin dekabrın ortalarında ABŞ prezidenti Donald Tramp Venesuelaya gedən və Venesueladan gələn bütün sanksiyalı neft tankerlərinin "tam və hərtərəfli blokadası" elan edib. Ağ Ev həmçinin Venesuela hökumətini Vaşinqtonun aktivlərinin "oğurlanması"na görə terror təşkilatı elan etdi və Karakas bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər ABŞ-nin ölkə ətrafındakı hərbi fəaliyyətinin artacağını vəd edib. Venesuela hökuməti Trampın bəyanatlarını rədd edib. 

***10:42

Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilir.

"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Qeyd olunur ki, partlayış səslərindən sonra Karakasın böyük hərbi baza yaxınlığında yerləşən cənub rayonu işıqsız qalıb.