Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

"Unikal" işdən çıxarılmasının səbəbini öyrənmək üçün E.İbrahimovla əlaqə saxlayıb.

O bildirib ki, hazırda ətraflı danışa bilmir: "Bu məsələyə münasibət bildirmək istəmirəm. Uyğun vaxt olanda danışarıq. Sağ olun", - deyə sabiq icra başçısı əlavə edib.

Murad İbrahimli