Ağstafada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi və Ağstafa rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin bigə təşkilatçlığı ilə rayon Mədəniyyət Mərkəzində keçirilib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli və zəngin həyat yolunu, dövlətçiliyə xidmətlərini və müstəqil Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətini əks etdirən filmə tamaşa olunub.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Ümummilli Liderin siyasi irsini bu gün Prezident İlham Əliyevin qətiyyətlə və uğurla davam etdirməsi nəticəsində xalqımız tarixi Zəfər əldə edib, Azərbaycan əbədi olaraq müstəqil, azad və suveren ölkə kimi dünyada yüksək nüfüz sahibinə çevrilib.
Tədbirin bədii hissəsində ağstafalı mədəniyyət və incəsənət nümayəndələrinin, istedadlı yeniyetmə və gənclərin təqdimatında vətənpərvərlik ruhunda nəğmələr səsləndirilib, şeir və milli rəqs kompozisiyaları nümayiş etdirilib.
