Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın idarə etdiyi “Chevrolet” markalı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub.
Qəza zamanı ağır xəsarətlər alan moped sürücüsü dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, həyatını itirən yeniyetmə kuryer fəaliyyəti ilə məşğul olub.
Yusif Babayevin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təqdim olunub.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
***23:14
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü – kuryer hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
