Şou dünyasının tanınmış simalarından biri olan Pınar Sabancı “Katarsis” proqramında şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü “Şahzadə kimi” hiss etmədiyini deyən Sabancı belə danışıb:

"Hər kəs bu qədər çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmək istəmirəm. Amma mən heç də mükəmməl deyiləm. Türkiyədə bu gün baxanda müəyyən bir soyadına sahibəm. Bəli, mən doğulanda atam varlı idi.

Amma iflası da gördüm. Elə vaxt olub ki, evimiz müsadirə edilib və otaqda cəmi iki stul qalıb. Şanslı olduğumu bilirəm, amma "Şahzadəyəmmi" desəniz, yox. İstərdim deyim ki, insan müəyyən mövqeyə çatanda sonsuz xoşbəxtlik əldə edir və artıq heç bir acı ona toxunmur. Amma təəssüf ki, həyat belə deyil.”

Qeyd edək kiş Sabancı ailəsi Türkiyənin ən nüfuzlu və zəngin ailələrindən biridir. Ailə xüsusilə "Sabancı Holding" vasitəsilə bankçılıq, enerji, sənaye və pərakəndə kimi bir çox sahədə fəaliyyət göstərir və ölkə iqtisadiyyatında mühüm rol oynayır.