Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Vətən müharibəsi qazisi Tamerlan Axundzadə DGK-nə 3 milyon manat zərər vurub.
Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
***
Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.
"Unikal" xəbər verir ki, Rəşad Daşdəmirov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
**** 13:20
Hövsan Dəniz Gömrük Postunun sabiq rəisi Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, sabiq rəis Fərid Usubov Dövlət Gömrük Komitəsinə 5 milyon manat zərər vurub.
Qeyd edək ki, Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.
Fərid Usubovun həbs xəbərini ilk olaraq "Gununsesi.info" saytı yayıb.
Seymur Əli
