"Venesuela sahillərində tankerin ələ keçirilməsi üçün tutarlı səbəblər var".

"Unikal" xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərlə görüşü zamanı prezident Donald Tramp deyib. 

"O, çox yaxşı səbəbə görə götürüldü", - deyə Amerika lideri ifadə edib. 

Tramp hadisənin təfərrüatlarını daha sonra açıqlayacağına söz verib.

Xatırladaq ki, ötən gün ABŞ hərbçiləri Venesuela sahillərində neft daşıyan tanker saxlayıb.  ABŞ-nin yüksək rütbəli rəsmisi qeyd edib ki, dövlətə məxsus olmayan gəmi sanksiyalar siyahısındadır və bu yaxınlarda Venesuela limanında olub.

Gülayə Mecid