Grigori Xaçaturov barəsində rəsmi şəkildə axtarış elan edilib.

"Unikal" xəbər verir ki, o, Ermənistan Cinayət Məcəlləsinin 436-cı maddəsinin 1-ci hissəsi (bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma ilə rüşvət vermə) və 549-cu maddənin 3-cü hissəsi ilə (vəzifə səlahiyyətlərini aşmaq və ya sui-istifadə nəticəsində ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır zərər vurmaq) axtarılır.

Grigori Xaçaturov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, general-polkovnik Yuri Xaçaturovun oğludur və rütbə üzrə general-mayordur.