Müdafiə naziri Denis Şmıxal, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və baş nazirin birinci müavini Mixailo Fedorov Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri vəzifəsinə namizəd ola bilərlər.

"Unikal" xəbər verir ki, bu  barədə Ukrayna KİV məlumat dərc edib.

Noyabrın 28-də Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermakın mənzilində axtarışlar aparılıb.  Onun adı, müstəntiqlərin fikrincə, iş adamı və Zelenski ilə uzun müddət əməkdaşlıq edən Timur Mindiç tərəfindən təşkil olunduğu güman edilən Energoatom dövlət konserninin korrupsiya sxemi ilə bağlı istintaqda görünür.