Amerikanın “Artemis II” kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uzunmüddətli uçuş həyata keçirir. 

"Unikal" xəbər verir ki, bu barədə Rumıniyanın Profit.ro portalı məlumat dərc edib. 

Bombardier Challenger 650 biznes reaktivinə əsaslanan təyyarə Rumıniyadakı Mixail Kogălniceanu aviabazasından havaya qalxıb. Amerikanın müdafiə texnologiyaları şirkəti Leidos-a məxsus olan təyyarə kəşfiyyat missiyaları üçün geniş şəkildə dəyişdirilib.

Modifikasiyalara siqnal emalı avadanlığının yeni arxitekturası, modul antenaların və hava-yer rabitəsi avadanlığının inteqrasiyası daxildir ki, bu da uzun məsafələrdə mesajların tutulmasına və şifrəsinin açılmasına imkan verir.