Amerikanın sülh planı üzrə Kiyevlə danışıqlar aparan ABŞ ordusunun katibi Daniel Driskoll Pentaqon katibi Pit Heqsetlə gərgin münasibətdədir.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
FT-nin məlumatına görə, Daniel Driskoll Pentaqona rəhbərlik etmək arzusunda olduğunu bildirib. Bu, Amerika rəsmiləri arasında qarşıdurmaya səbəb olub.
Bundan əvvəl, CNN mənbələrə istinadən yazmışdı ki, Heqseti Pentaqonun rəhbəri postunda Driskoll əvəzləyə bilər.
