Roma Papası XIV Leo Türkiyədə səfərdədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyənin dini liderləri və katolik icmasının üzvləri ilə birlikdə İstanbulda Göy Məscidini (Sultan Əhməd Məscidi) ziyarət edib.
Ziyarətdən sonra jurnalistlərə açıqlama verən Papa məscidin “Allahın evi” olduğunu deyib:
“Bura mənim evim deyil, bura sizin eviniz deyil, bura Allahın evidir”, - Papa ifadə edib.
