Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 əsgərdən 19-nun meyitinin tapıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat dərc edib. 

Onun sözlərinə görə, daha bir şəhidin cənazəsinin axtarışları davam edir:

"86 milyon insanımızı kədərləndirən çox acı xəbər aldıq. Qarabağ zəfərinin beşinci ildönümünü qeyd etmək üçün Azərbaycandakı bölməmizi daşıyan C130 hərbi yük təyyarəmiz havaya qalxdıqdan qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı bölgədə qəzaya uğradı. Təəssüf ki, 20 oğlumuzu itirdik. Qəlbimizdəki ağrıları təsvir etmək mümkün deyil", - Türkiyə lideri qeyd edib. 

Təyyarənin qara qutusunun tapıldığını və araşdırmalara başlanıldığını bildirən Ərdoğan, "19 şəhidimizin meyitini çıxardıq, axtarışımız davam edir. Sahə əməliyyatlarını daim izləyirik, lazımi araşdırmaların titizliklə aparılmasını və hadisənin bütün tərəflərinin üzə çıxarılmasını təmin edəcəyik", - deyib. 

Gülayə Mecid