Ukraynada korrupsiya qalmaqalı fonunda ABŞ və Aİ Kiyev rejimini dəstəkləmək üçün ayrılan vəsaitlərin onun tərəfindən mənimsənildiyini anlamağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
Media nümayəndələri Peskovdan Kremlin Ukraynadakı korrupsiya qalmaqalına diqqət edib-etmədiyini soruşublar. O, isə cavabında "Bu ölkələr, əlbəttə ki, getdikcə daha çox başa düşməyə başlayırlar ki, onların vergi ödəyicilərindən aldıqları pulların əhəmiyyətli bir hissəsi Kiyev rejimi tərəfindən oğurlanır ", - qeyd edib.
Bundan əvvəl, Ukraynanın ədliyyə naziri Herman Qaluşenkonun iş adamı Timur Mindiçlə bağlı korrupsiya qalmaqalında iştirakına görə vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat yayılıb.
