Nüvə məsələsi Qərb tərəfindən yalnız İran xalqına təzyiq göstərmək üçün bəhanə kimi istifadə edilib.

"Unikal" xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.

Laricaninin sözlərinə görə, 12 günlük müharibədən sonra İranın raket məsafəsi ilə bağlı müzakirələr ABŞ və Avropanın regional üstünlük istəyini göstərir: "Bu yanaşma göstərir ki, Amerika və Qərb hegemonluğa can atır. Əks halda, İranın raketlərinin uçuş məsafəsi ilə niyə maraqlanmalısınız? Burada iki fikir fərqlənir: biri güc və hegemonluq məntiqinə əməl edir, digəri isə hətta super hegemonluq məntiqi ilə. İran tarazlı münasibətlərə can atır, hegemonluğa can atmır və boş sözlərə boyun əymir".

Ağarza Elçinoğlu