Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 27-yə çatıb.
"Unikal" xəbər verir ki, 850-dən çox insan yaralanıb.
Qeyd edək ki, Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, episentr Holm bölgəsindən 35 km aralıda yerləşib.
*** 09:46
Əfqanıstanda baş verən zəlzələ nəticəsində azı on nəfər ölüb, 260-dan çox insan yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Bazar ertəsi səhər Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində azı 10 nəfər ölüb, 260 nəfər yaralanıb", - məlumatda deyilir.
Ölənlərin sayının artacağı gözlənilir.
***
Əfqanıstanda baş verən zəlzələ nəticəsində yeddi nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yerli səhiyyə idarəsinin məlumatına görə, 150 nəfər yaralanıb.
***
Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Hulm bölgəsi olub. Zəlzələ ocağı Yerin 10 kilometr dərinliyində yerləşib.
