Kocaelinin Gebze rayonunda uçan 7 mərtəbəli binanın dağıntıları altından iki nəfərin meyiti çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

Dağıntılar altında qalan digər şəxslərin axtarışları davam edir.

***09:37

Türkiyədə 7 mərtəbəli bina məlum olmayan səbəbdən çöküb. 

"Unikal" xəbər verir ki, hadisə Kocaelinin Gebze rayonunda qeydə alınıb. 

Məlumata görə, binada 7 nəfərdən ibarət iki ailə yaşayırmış. Onların səhhətləri ilə bağlı məlumat yoxdur. Hadisə yerinə xilasetmə qrupları göndərilib və xilasetmə əməliyyatına başlanılıb.