Sakit Okeanın Atəş Halqasında yerləşən Filippindəki Kanlaon vulkanı 5 aylıq fasilədən sonra yenidən püskürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) Neqros adasında yerləşən Kanlaon dağının püskürdüyünü açıqlayıb.
Püskürmə vulkandan təxminən 2 kilometr (1,2 mil) aralıda kül səpib. Hazırda ətraf ərazilərdən evakuasiya zəruri hesab edilmir.
