Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sanae Takaiçi andiçmə mərasimində söhbət açıb.
"Yaponiya ilə Rusiya arasında münasibətlər çətin vəziyyətdədir, lakin Yaponiya hökumətinin siyasəti "Şimal əraziləri" (Kuril adalarının cənub hissəsi) məsələsini həll etmək və sülh müqaviləsi bağlamaqdan ibarətdir", - Nazirlər Kabinetinin rəhbəri bildirib.
Takaiçi əlavə edib ki, Yaponiya hökuməti Ukraynadakı münaqişəni də izləməyə davam edəcək.
