Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək.
AGF-dən Unikal.org-a verilən məlumata görə, yarış 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan 6 çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.
Görüşlər saat 10.00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17.00-dan start götürəcək. Turnirin açılış mərasimi yanvarın 11-də saat 16.00-da başlayacaq.
İlk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk 3 yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.
Müşviq İsayevin xatirə turniri keçiriləcək
15:36 09-01-2019
İDMAN
Digər Xəbərlər
2026-05-02 09:42:47
2026-05-01 23:52:59
2026-05-01 23:02:16
2026-05-01 21:51:37
2026-05-01 21:28:22
2026-05-01 21:03:43
2026-05-01 19:38:11
2026-05-01 19:03:55
2026-05-01 18:07:23
2026-05-01 17:43:00
2026-05-01 16:33:06
2026-05-01 15:15:30
2026-05-01 15:15:22
2026-05-01 14:08:14
2026-05-01 11:55:05
2026-05-01 09:19:09
2026-05-01 08:58:00
2026-04-30 23:26:44
2026-04-30 23:23:21
2026-04-30 22:56:01
