Birinci Qarabağ müharibəsi veteranı Hüsiyev Əkbər Hüsü oğlu dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, ehtiyatda olan zabit uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.

Qeyd edək ki, Ə.Hüsiyev Daxili Qoşunların sıralarında şərəfli xidmət yolu keçmiş, 1-ci Qarabağ müharibəsində müxtəlif vəzifələrdə, o cümlədən hərbi hissə komandiri olaraq iştirak etmiş və ağır yaralanmışdı.