İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.

"Unikal" xəbər verir ki, Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.

Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb. İspaniyalı mütəxəssis daha əvvəl 3 dəfə ölkəsinin “Sevilya”, 1 dəfə isə “Vilyarreal” klubu ilə titula sahib çıxıb.