20.05.2026-cı il tarixində saat 17:00 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
*** 19:44
Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub.
"Unikal" xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib. Belə ki kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov























.jpg)



























.jpg)



