Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.
"Unikal" xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.
O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.
Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Arfsten with the pinpoint accuracy 😮💨🎯
— The Crew (@ColumbusCrew) May 21, 2026
Watch on Paramount+ pic.twitter.com/HyDdeTDdeI

















































.jpg)




.jpeg)
