ABŞ Ədliyyə Nazirliyi Kubanın keçmiş lideri, 94 yaşlı Raul Kastro və digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların ölüm və ya ömürlük həbs cəzası ilə nəticələnəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, nazirliyin məlumatına görə, bu cür cəzalar qətl və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd ittihamlarına tətbiq edilir.

Sözügedən iş 1996-cı ildə Kuba qırıcı təyyarələrinin Mayamidə kubalı mühacirlər tərəfindən qurulan insan haqları təşkilatı olan "Brothers to the Rescue"yə məxsus iki təyyarəni vurması hadisəsindən qaynaqlanır. Hadisə nəticəsində dörd nəfər həlak olub. O vaxt Raul Kastro Kuba Müdafiə Nazirliyinin rəhbəri idi.

Havana həmin vaxt təyyarənin hava məkanını pozduğunu iddia etmişdi. Lakin Beynəlxalq Mülki Aviasiya Təşkilatının araşdırması nəticəsində zərbələrin neytral hava məkanında baş verdiyi müəyyən edilib.

Nuranə Abbasova