"Biz işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrimizdə "yaşıl zona" prinsiplərini tətbiq etməyə çalışırıq. Sözsüz ki, burada iqtisadi səmərəlilik ən vacib məsələdir".

"Unikal" xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Layihələrin ekoloji tarazlığa riayət olunmaqla yanaşı, insanların büdcəsinə müsbət təsir etməsi bizim üçün ən vacib faktorlardan biridir. Bu baxımdan biz yaşayış binalarının üzərində günəş panellərinin quraşdırılmasını təmin edirik və ikitərəfli sayğaclardan istifadə edirik. Yeri gəlmişkən deyim ki, Azərbaycanda ilk dəfə ikitərəfli sayğaclar məhz işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur”, - deyə xüsusi nümayəndə bildirib.