Britaniya radiostansiyası "Radio Caroline" Kral III Çarlzın ölümü ilə bağlı səhvən xəbər yayımladığına görə üzr istəyib.
"Unikal" xəbər verir ki, hadisə 19 mayda baş verib. "The Independent" qəzetinin məlumatına görə, stansiya monarxın guya ölümü ilə bağlı elan yayımlayıb, ardınca isə "Tanrı Kralı qorusun" dövlət himni səsləndirilib. Daha sonra yayım dayandırılıb və stansiyanın müntəzəm verilişləri təxminən 15 dəqiqə gecikib.
Stansiya meneceri Peter Mur daha sonra səbəbin texniki səhv olduğunu deyib: studiya təsadüfən Britaniya yayımçılarının sistemlərinə real fövqəladə hallar üçün əvvəlcədən proqramlaşdırılmış "monarxın ölümü" prosedurunu aktivləşdirib. Yaranan hər hansı bir narahatçılığa görə Əlahəzrət Kraldan və dinləyicilərimizdən üzr istəyirik".
Bukingem Sarayı əvvəllər 75 yaşlı III Çarlzın xəstəliyin növünü və ya mərhələsini göstərmədən 2024-cü ilin fevral ayında xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.
Oxşar hadisələr əvvəllər də baş vermişdi: 2020-ci ildə Fransanın RFI radiostansiyası texniki səhvə görə II Yelizaveta, Pele və Klint İstvud da daxil olmaqla, sağ qalan məşhurların nekroloqlarını dərc etmiş, bundan sonra isə üzr istəmişdi.
Nuranə Abbasova





















.jpg)




.jpeg)



























