"Böyük Qayıdış proqramı genişmiqyaslı tədbirləri əhatə edir və təxminən 700 min məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz, mərhələli və dayanıqlı şəkildə qayıdışını təmin etməyi hədəfləyir".
"Unikal" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, bu proqram Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə elan etdiyi beş əsas milli prioritetindən biridir. Proqramın hazırlanması zamanı beynəlxalq təcrübə, müasir çağırışlar və azad edilmiş ərazilərin potensialı nəzərə alınıb.
F.Hüseynov qeyd edib ki, artıq 12 rayon və 11 şəhər daxil olmaqla 9 yaşayış məntəqəsi üzrə yeni məskunlaşma planları təsdiqlənib: “Bu, dünya urbanistika və memarlıq təcrübəsində çox nadir və unikal nümunələrdən biridir. Bundan əlavə, minalanmış ərazilərin xəritələrinin tam şəkildə təqdim olunmaması səbəbindən mülki əhali üçün ciddi təhlükə qalmaqdadır. 2020–2024-cü illər ərzində mina partlayışları nəticəsində 420-dən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında doğma yurdlarına qayıtmaq istəyən keçmiş məcburi köçkünlər də var. Bütün bu çətinliklərə, mina təhlükəsi və genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan dövləti bu prosesi qətiyyətlə davam etdirir”.



























.png)










.jpg)











