"Aston Villa"nın baş məşqçisi Unay Emeri Avropa Liqasının finalındakı rəqibləri Almaniyanın "Frayburq" komandası haqqında danışıb.

"Unikal" xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA-ya açıqlamasında rəqib haqqında tərif dolu sözlər deyib:

"Onların komandaya yüksək intensivlik aşılayan məşqçisi və təcrübəli oyunçuları var. Bu, istedada və xarakterə əsaslanan futbol tərzidir. Bu iki keyfiyyət birləşərək yaxşı oyunçular yetişdirir - həm "Frayburq"da olan gənc oyunçular, həm də veteranlar. 

Onlar əla mövsüm keçirirlər. Hər şeydən əvvəl onların aydın bir vizyonu, onları çox yaxşı müəyyən edən bir üslubu var. Beləliklə, rəqib finala çıxmağa layiq idi. Çünki onlar əla səviyyədə oynayırlar, əla məşqçiləri və yaxşı oyunçuları var. Ən əsası isə, fantastik azarkeşləri var və qələbəyə susayıblar".

Qeyd edək ki, bu gün İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.