Vilnüsda hava hücumu xəbərdarlığı elan edildiyi bir vaxtda Litva rəhbərliyi sığınacağa yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu  barədə "Delfi Litva" yazır. 

"Litva rəhbərliyi gizlənib. Xəbər agentlikləri Litva prezidenti Gitanas Nauseda, baş nazir İnqa Ruginiene və Seym spikeri Yuozas Olekasın gizləndiyinə dair təsdiq alıblar", - nəşr qeyd edib. 

Bildirilir ki,  xəbərdarlıq fonunda Seym deputatları da gizlənib. 

Gülayə Mecid