Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında rəsmi danışıqlar başa çatıb. 

"Unikal" xəbər verir ki, iki lider arasında görüş təxminən üç saat davam edib. Görüş Pekindəki Xalq Yığıncaqları Zalında baş tutub. Danışıqlar Putin və Si Cinpin arasında təkbətək görüşlə başlayıb. Daha sonra əsas nümayəndə heyəti onlara qoşulub və danışıqlar geniş tərkibdə davam edib. 

***08:59

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Pekində danışıqlar başlayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  Putini Çinə səfəri zamanı beş Rusiya baş nazirinin müavini, səkkiz nazir, prezident administrasiyasının nümayəndələri və iri biznes nümayəndələri müşayiət edir.

Liderlər ikitərəfli əməkdaşlığın bütün spektrini, eləcə də əsas regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırırlar.