Vaşinqton İranın Minab şəhərindəki qızlar məktəbinə zərbə endirdiyini açıq şəkildə etiraf edib.
"Unikal" xəbər verir ki, Konqres qarşısında ifadə verən ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper orada İİKK-nın qanadlı raket bazasının yerləşdiyini bildirib. Kuper Pentaqonun kəşfiyyat məlumatlarına istinad edərək bunu açıqlayıb.
Bunun fonunda İran Xarici İşlər Nazirliyi hadisələrin bu versiyasına kəskin reaksiya verib.
"Dərs saatlarında fəaliyyət göstərən təhsil müəssisəsinə hücum beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və danılmaz müharibə cinayətidir. Müəssisənin mülki xarakterini texniki təhriflərlə gizlətmək olmaz" , - deyə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Xatırladaq ki, hücum ABŞ-İsrail birgə əməliyyatının ilk günündə baş verib və təxminən 170 nəfər həlak olub. Faciə Pentaqon tərəfindən istifadə edilən Palantir proqram təminatı ilə əlaqələndirilir. Təhsil müəssisəsini bombalamaq üçün səhv tövsiyəni məhz bu süni intellekt platforması verib.
Gülayə Mecid


























.jpeg)






















