Ukrayna Daxili İşlər Nazirliyi və Milli Polisində yüksək vəzifəli şəxslərə qarşı əməliyyt keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatda bir neçə yüksək vəzifəli məmur rüşvət alarkən saxlanılıb. Onların arasında Daxili İşlər Nazirinin müavininin köməkçisi  də var. 

"Hüquq-mühafizə orqanlarının əməkdaşları üç bölgədə - İvano-Frankivsk, Ternopil və Jitomirdə Milli Polis şöbələrində axtarış aparmağa gəliblər. Bir neçə yüksək vəzifəli məmur rüşvət alarkən saxlanılıb. Şübhəlilər Ukrayna Cinayət Məcəlləsinin 368-ci maddəsinin 4-cü hissəsi (qanunsuz mənfəət əldə etmək) ilə ittiham olunublar", - KİV yazıb. 

Gülayə Mecid