Qardaşını bıçaqlayan Rasim Qafarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Rasim Qafarov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, Rasim Qafarova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
























.png)










.jpg)














