Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub.

"Unikal" xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib. Belə ki kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər  dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov