Türkiyə millisinin və "Brayton" klubunun cinah müdafiəçisi Ferdi Kadıoğlu İngiltərə Premyer Liqasında nümayiş etdirdiyi performansla karyerasının zirvəsinə ucalıb.
"Unikal" xəbər verir ki, taktiki cəhətdən həm müdafiənin solunda, həm də sağında göstərdiyi yüksək dözümlülük və oyun zəkası ilə seçilən 26 yaşlı ulduz futbolçu, "Brayton"da cari mövsümün ən yaxşı futbolçusu ("MVP") seçilib.
Mövsüm ərzində meydana çıxdığı matçlarda orta hesabla yüksək top qapma, ikili mübarizələrdə üstünlük və hücuma verdiyi effektli dəstəklə Premyer Liqanın ən stabil cinah oyunçularından birinə çevrilən Ferdinin bu uğuru Avropa nəhənglərinin də marağını yenidən artırıb.



























.jpg)




.jpeg)





















